Ölkə

Rəhman Bədəlov vəfat etdi – FOTO


Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə APA-ya onun qızı Heyran Qorçu xəbər verib.


O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib.

Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub.

O, bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdablı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button