Ölkə
Ramin Qurbanova hökm oxundu

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, Realmedia.az saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
AZERFAX.AZ APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını istəmişdi.
Qeyd edək ki, Ramin Qurbanov ötən il aprel ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.