Ölkə

“Real”ın əfsanəsi Arda üçün ortalığı ayağa qaldırdı


“Real Madrid”in əfsanəsi Quti Arda Güler barədə açıqlamalar verib.


AZERFAX.AZ xəbər verir ki, o, türk futbolçunu tərifləyib. Ardaya heyranlığını ifadə edən Quti, türk futbolçunun uğurlu oyun nümayiş etdiyini bildirib. Qutinin sözlərinə görə, Arda “Real Madrid”də digər futbolçulardan fərqlənir. O, “Eyni profilə malik bir çox oyunçu var. Keyfiyyətli və fiziki gücə malik, amma son ötürməni edə bilməyən oyunçulardır. Arda rəqibin cərimə meydançasına girə, qol ilə fərqlənə və eyni zamanda komandaya liderlik edə bilən tək oyunçudur. Xabi ona etibar edəcək”, – deyə bildirib.

Qeyd edək ki, Cud Bellinghemin heyətə qayıdışından sonra Arda Güler arxa mövqeyə çəkilib. Ardıcıl xal itkilərindən sonra “Real”ın 3-0 hesablı qələbəsi ilə yekunlaşan “Atletik Bilbao” matçında Arda Güler ikinci hissədə meydana daxil olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button