Ölkə

Ronaldo “Əl-Nəsr”dən gedir – İddia

Kriştiano Ronaldo “Əl Nəsr” klubundan ayrıla bilər.

AZERFAX.AZ xəbər verir ki, futbolçunun müqaviləsində 50 milyon avroluq sərbəstqalma məbləğinin olduğu iddia edilir. Avropa və ABŞ klublarının Ronaldonun xidmətində maraqlı olduğu irəli sürülür.

Qeyd edək ki, “Əl-Nəsr”də Kriştiano Ronaldo gərginliyə səbəb olub. “A Bola” qəzetinin məlumatına görə, Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun “Əl-Nəsr”ə münasibətindən narazıdır. Ronaldo hesab edir ki, fond nəzdində olan digər rəqib klublara daha yaxşı münasibət bəsləyir. Ronaldo fondun “Əl-Nəsr”ə az investisiya qoyduğunu irəli sürüb. Ronaldo ilə bağlı iddialardan sonra onun heyətdən çıxarıldığı bildirilir. Futbolçunun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ildə yekunlaşır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button