Sənədlərdə onların da adları var

ABŞ-də Ceffri Epşteynlə bağlı yeni sənədlərdə texnologiya şirkətlərinin sahiblərinin adları da yer alıb.
AZERFAX.AZ xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilən sənədlərdə adı çəkilən texnologiya liderləri arasında X-in sahibi İlon Mask da var. Maskın Epşteynlə əlaqə saxladığı iddia edilir. CNN-in sənədlərə əsaslanan hesabatına görə, Mask 2013-cü ildə Epşteynə “Bayramlar üçün Britaniya Virgin Adaları/Sent-Bart bölgəsində olacağam. Ziyarət üçün uyğun vaxt varmı?” sualı ilə elektron poçt göndərib. Epşteyn yer olduğunu qeyd edib. Lakin CNN yazır ki, Maskın ziyarəti reallaşdırıb-reallaşdırmadığı bəlli deyil. Mask iddiaları rədd edib.
Sənədlərdə milyarder Bill Qeyts, “LinkedIn”in həmtəsisçisi Reid Hoffman, “Google” təsisçiləri Sergey Brin və Larri Peycin də adı qeyd edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



