Ölkə

Sərnişinlərin olduğu təyyarə dənizə düşdü


ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində kiçik mühərrikli təyyarə dənizə düşüb.

AZERFAX.AZ xəbər verir ki, hadisə Point Loma sahillərində baş verib. ABŞ mətbuatında yer alan xəbərlərə görə, təyyarədə pilot, pilotun həyat yoldaşı, ata və üç oğlu da daxil olmaqla 6 nəfər olub. ABŞ-nin Sahil Mühafizəsinin məlumatına görə, təyyarənin dənizə düşdüyü ərazi müəyyən edilib. Ərazidəki dənizin dərinliyinin 61 metr olduğu bildirib. Məlumata görə, pilot havaya qalxdıqdan sonra istiqamətini və hündürlüyünü saxlamaqda çətinlik çəkdiyini bildirib.


San Dieqo beynəlxalq hava limanından havaya qalxan təyyarə Arizona ştatının Feniks şəhərinə uçurmuş. Xəbərdə təyyarənin havaya qalxdıqdan 6 dəqiqə sonra dənizə düşdüyü qeyd edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button