Ölkə
Saat 10:00-da işıq kəsiləcək – Bu ərazilərdə

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq “Şağan-1” yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq. Bununla əlaqədar olaraq 18 noyabr tarixində saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə AZERFAX.AZ-a “Azərişıq” ASC-dən bildirilib.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



