Ölkə
Saat 14:00-da qaz kəsiləcək – Bu ərazilərdə

Sabah İmişli rayonunda 800-ə yaxın abonentin qazı kəsiləcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, rayonun Qaralar kəndində yaşayan vətəndaşa məxsus torpaq sahəsinin qarşısından keçən 108 mm-lik qaz kəmərinin podratçı təşkilat nümayəndələri tərəfindən yerinin dəyişdirilməsi məqsədilə saat 14:00-dan etibarən işlər başa çatanadək Qaralar kəndində (ümumi 780 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.