Ölkə

Saat 23:00-da hərəkət məhdudlaşdırılacaq – Bu yollarda


Bu gün saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.


Bildirilib ki, bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.

Agentlik yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayış üçün təşəkkür edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button