Ölkə

“Sabah” səfərdə “Şamaxı”nı məğlub etdi


Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.


AZERFAX.AZ xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Sabah”ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.

1-ci dəqiqədə qonaqlardan Coy Lens Mikels fərqlənib. 58-ci dəqiqədə Dioqo Balau tarazlığı bərpa edib. 76-cı dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.

Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə bərabərə qalib -1:1. “Sabah” – “Qarabağ” oyunu isə təxirə salınmışdı.

Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” – “Zirə” matçı ilə yekun vurulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button