Sahibə Qafarova İsveçrəyə getdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə gəlib.
Bu barədə AZERFAX.AZ-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Cenevrənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxışı, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.