Ölkə

Sahibə Qafqarova Əhməd Metani ilə görüşdü


Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstin Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.

AZERFAX.AZ xəbər verir ki, görüşdə spiker Sahibə Qafarova səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.


Söhbət zamanı xalqlarımız arasında ortaq dəyərlər əsasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. Ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyəti, beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin önəmi vurğulanıb.

Səfir Əhməd Metani Fələstin xalqına dəstəyi, həmçinin münaqişənin həllində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edərək, müsbət təəssüratlarını bölüşüb.

Görüşdə həmçinin parlamentlərarası münasibətlər, o cümlədən, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qanunvericilik orqanlarımız xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button