Ölkə

Sahibkarlara kompensasiya veriləcək?


Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur. Bəs qanun qüvvəyə minməzdən əvvəl bu məhsulların satışı ilə məşğul olan və hazırda mağazalarında mal qalan sahibkarların aqibəti necə olacaq? Qanundan əvvəl idxal edilən bu məhsullara görə onlara hər hansı kompensasiya ödənilməsi nəzərdə tutula bilər?

İqtisadçı ekspert Xalid Kərimli AZERFAX.AZ-a açıqlamasında bildirib ki, qanunun nə vaxt qüvvəyə minəcəyi müəyyənləşdirilməlidir. Qanunun qüvvəyə minmə tarixində bu kimi məsələlər açıq şəkildə göstəriləcək:


“Qanunun qüvvəyə minməsi üçün bir neçə mərhələ var. İlk növbədə, layihə Milli Məclisdə üç oxunuşdan keçməlidir ki, bu da müəyyən vaxt tələb edir. Daha sonra qanun Prezident tərəfindən imzalanmalı və rəsmi mətbuat orqanında dərc edilməlidir. Qanun yalnız rəsmi nəşrdə dərc edildikdən sonra qüvvəyə minmiş hesab olunur. Bu səbəbdən proses dərhal baş vermir və müəyyən zaman alır. Eyni zamanda, bu müddət sahibkarlara yeni tələblərə uyğunlaşmaq üçün imkan yaradır. Mövcud məlumata görə isə hər hansı kompensasiya nəzərdə tutulmur”, – deyə X.Kərimli qeyd edib.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button