Ölkə

Sarkozini həbsxanada iki polis qoruyacaq


Fransada “Liviya işi” çərçivəsində məhkum edilən sabiq prezident Nikola Sarkoziyə həbsdə xüsusi mühafizə ayrılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunez bildirib.


Nazirin sözlərinə görə, keçmiş dövlət başçısının təhlükəsizliyi üçün cəzaçəkmə müəssisəsində iki polis daimi xidmət aparacaq:

“Sabiq prezidentlər hər zaman qorunur, lakin Sarkoziyə qarşı mövcud təhdidlər səbəbindən əlavə tədbirlər görülüb”.

Xatırladaq ki, Paris Məhkəməsi 25 sentyabrda Sarkozini “cinayətkar dəstə yaratmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edib. O, 2007-ci il seçki kampaniyası üçün mərhum Liviya lideri Muammar Qəddafidən qanunsuz maliyyə dəstəyi almaqda ittiham olunurdu. Sarkozi digər ittihamlardan bəraət alsa da, cinayətkar dəstə qurmaqda günahkar bilinib. Onun apellyasiya şikayəti verilsə də, hökmün icrası dərhal qüvvəyə minib və keçmiş prezident 21 oktyabrda həbsxanaya yerləşdirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button