Silsilə oğurluqlar edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda silsilə oğurluq hadisəsi baş verib.
AZERFAX.AZ Apa-ya istindən xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənlərdən birinin evinin açıq qalmış qapısından içəri daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyasını, iki vətəndaşın isə mağazanın saxlanc yerinə qoyduqları çantalarından ümumilikdə 2314 manat nağd pul, 1780 manat dəyərində mobil telefon, bank kartları və sənədləri talayıb.
Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən N.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun başqa bir vətəndaşı “zəng etmək” bəhanəsi ilə aldadıb mobil telefonunu ələ keçirdiyi də məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



