Ölkə
Sloveniyada İkinci Dünya Müharibəsindən qalan sursat partladı

Sloveniyada İkinci Dünya Müharibəsindən qaldığı güman edilən sursatlar tikinti işləri zamanı partlayıb.
AZERFAX.AZ xəbər verir ki, hadisə zamanı iki işçi xəsarət alıb. Polisin açıqlamasına görə, partlayış paytaxt Lyublyana yaxınlığındakı tikinti sahəsinin Rozna Doline ərazisində qeydə alınıb. Polis bildirib ki, partlayışın səbəbi bəlli olmasa da, hadisəyə İkinci Dünya Müharibəsindən qalma kiçik, partlamamış hərbi sursatlar səbəb ola bilər.
Polis hadisə yerində geniş təhlükəsizlik tədbirləri görüb və partlayışla bağlı araşdırma başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.