Ölkə
Stomatologiya sahəsində monitorinqlər aparılacaq

Gələcəkdə stomatologiya sahəsində də monitorinqlərin aparılması nəzərdə tutulur.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, bu, kifayət qədər vacib xidmət sahəsidir: “Ona görə də bu sahədə peşəkar mütəxəssislərin olması mütləqdir”.
Komitə sədri həmçinin əlavə edib ki, mərhələli şəkildə digər tibb sahələri üzrə monitorinqlərin aparılması planlaşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.