Ölkə

Suallardakı səhvlərin olması ilə bağlı iddialara cavab verildi


Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində dörd sualda kiçik texniki səhv olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Respublikası Təhsil İnstitutundan məlumat verilib.


“Doqquz sualda səhv olduğu ilə bağlı iddialar əsassızdır. Dörd sualda səhv olub və həmin sualların cavabı bütün iştirakçıların xeyrinə həll olunub”, – məlumatda bildirilib.

Qeyd edək ki, mediada Respublika Fənn Olimpiadalarının 23 fevralda yuxarı yaş qrupları üçün keçirilən yarımfinalında riyaziyyat üzrə verilmiş 30 sualdan 9-nun səhv olduğunu iddia edən xəbərlər yayılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Back to top button