Subbakalarvların qəbul olunduğu ali məktəblər şikayət edirlər

AZERFAX.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bəzi ali məktəblər subbakalavrların qəbulundan imtina edirlər: “Abituriyentlər qəbul imtahanında 201-dən çox bal toplayırlarsa, onlar subbakalavrların üstünlüyü səbəbilə qəbul olurlar. Qalan boş plan yerlərinə isə hər bir subbakalavr 200 bal, ya da 150 bal toplamaqla uyğun ixtisasa yerləşdirilir. Bütün bu subbakalavrların sayı qədər qəbul həyata keçirilir və onların çox qəbul olunduğu ali məktəblər şikayət edirlər. Müsabiqə təkcə abituriyentlərin deyil, həm də ali məktəblər arasında gedir. Çünki onlar istəyir ki, yüksək nəticə göstərən abituriyent onları seçsin”. (mətbuat.az)
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.