Təhlükə qapıda: Qonşuda ölümcül virus aşkarlandı

Türkiyədə mutasiyaya uğramış H3N2 virusu aşkarlanıb. Mütəxəssislər yüksək hərarət və şiddətli başağrısı kimi əlamətlərlə özünü göstərən H3N2 ştammına qarşı əhalini ehtiyatlı olmağa çağırıb.
AZERFAX.AZ xəbər verir ki, ən azı yeddi fərqli mutasiyaya məruz qaldığı müəyyən edilən bu yeni virus bir qrip növü olaraq xarakterizə edilir.
H3N2 şiddətli baş ağrıları və oynaq ağrıları, yüksək hərarət və quru öskürək kimi simptomlarla özünü göstərir. Həkim Gökçe Dəmir H3N2-nin klinik mənzərəsinin donuz qripinə çox bənzədiyini və bu il qripə yoluxma halalrının gözləniləndən tez başladığını bildirib. İnsanların xüsusilə şiddətli oynaq ağrıları və 40 dərəcəyə çatan hərarətlə qarşılaşdıqlarını deyən mütəxəssis xəstəliyin adətən şiddətli başağrısı və quru öskürəklə müşahidə olunduğunu vurğulayıb.
Gökçe Dəmir virusun xüsusilə 65 yaşdan yuxarı şəxslərdə, hipertoniya və şəkərli diabeti olanlarda, astma və KOAH kimi xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən insanlarda ağır pnevmoniyaya, hətta ölümə səbəb ola biləcəyinə dair xəbərdarlıq edib.
Həkim qripdən qorunmağın ən təsirli yolunun qrip əleyhinə peyvənd olduğunu bildirib. Qeyd edib ki, peyvənd üçün ideal vaxt sentyabr ayıdır, lakin payızda qripə yoluxmayanlar yanvar və fevral aylarına qədər peyvənd ola bilərlər. “Risk qrupuna aid olan insanlara ictimai nəqliyyatda maska taxmağı tövsiyə edirəm”, – həkim deyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



