Dünya
Tərəflər güzəştə getsə, müharibə sona çatacaq

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə bir araya gəlib.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, Tramp Ukrayna münaqişəsinin həlli üçün çalışdıqlarını və buna nail olunacağını bəyan edib. Onun sözlərinə görə, tərəflərin güzəştə gedəcəyi təqdirdə Ukraynadakı münaqişə həll oluna bilər. Tramp “Tomahawk’” raketlərinin Kiyevə tədarük edilməzdən əvvəl münaqişənin sona çatacağına ümid etdiyini ifadə edib.
O, “Bu müharibənin bitməsini istəməyimizin səbəblərindən biri də anbarlarımızda olan silahlardan əl çəkməyin bizim üçün asan olmamasıdır. Kiyevə uzaqmənzilli silahlarla hücuma icazə verilməsi eskalasiyaya gətirib çıxaracaq”, – deyə bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.