Ölkə
Təyyarə Bakıya məcburi eniş etdi

17 oktyabr tarixində “LOT Polish Airlines” aviaşirkətinə məxsus, Varşava–Daşkənd marşrutu üzrə hərəkət edən “Boinq 737” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətində yaranmış problem olub.
Hava gəmisinin enişi yerli vaxtla saat 22:25-də təhlükəsiz şəkildə həyata keçirilib.
Sərnişinə tibbi heyət tərəfindən dərhal zəruri ilkin tibbi yardım göstərilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.