Ölkə

Təyyarəsi həyəcan siqnalı vermədən radarlardan itib


Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus “C-130” tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə məlumatı ölkənin Hava Naviqasiya Xidməti yayıb.

Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

“Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin “C-130″ təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb”, – məlumatda qeyd olunur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button