Dünya
Tailand və Kamboca arasında atəşkəs elan olundu

Tailand və Kamboca arasında qeyd-şərtsiz atəşkəs elan olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim bəyanat verib.
Onun sözlərinə görə, atəşkəs bu gün yerli vaxtla saat 00.00-dan (Bakı vaxtı ilə 20.00) qüvvəyə minəcək.
Xatırladaq ki, son günlər Tailand-Kamboca sərhədində hər iki ölkənin orduları arasında baş vermiş silahlı toqquşmalar nəticəsində ölən və yaralananlar olub, ümumilikdə 300 mindən çox adam yaşadığı əraziləri tərk etməyə məcbur qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.