Ölkə

Telefona görə anasını öldürdü – TƏFƏRRÜAT


Oğul anasını öldürməkdə şübhəli bilinir.

AZERFAX.AZ “Xəzər Xəbər”ə istinadən bildirir ki, Xaçmaz rayonunun Çaykənarı kəndində qətl hadisəsi baş verib. Kənd sakini 42 yaşlı Həqiqət Məmmədova yeniyetmə oğlu tərəfindən bıçaqlanıb.

Müxtəlif xəsarətlər alan qadın Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun qohumları bildiriblər ki, qətl hadisəsi telefona görə baş verib. Yeniyetmə anasının telefon işlətməsinə qarşı olub, bu səbəbdən mütəmadi mübahisələr yaranıb. Sonuncu mübahisədən sonra qadın kənddə yerləşən qohumuna məxsus evə gedib, lakin yeniyetmə həmin evə hücum edərək anasına çoxsaylı bıçaq zərbələri vurub.

Daha ətraflı videoda:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button