Ölkə

TikTok cərimələndi – Məlumatları ötürübmüş


Avropa İttifaqının İrlandiya Məlumatların Mühafizəsi Komissiyası TikTok sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə görə cəzalandırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə qurumdan açıqlama verilib. Bildirilib ki, fərdi məlumatların qorunmasına cavabdeh komissiya TikTok-u şəffaflıq qaydalarını pozduğuna görə 530 milyon avro məbləğində cərimələyib. Açıqlamada, Avropadakı platforma istifadəçilərinin şəxsi məlumatlarının Çinə göndərilməsində TikTok-un qanuna uyğunluğunun, köçürmələrlə bağlı istifadəçilərə məlumatların verilməsi və şəffaflıq meyarlarına uyğunluğunun araşdırıldığı bildirilib.


TikTok-un Avropadakı istifadəçi məlumatlarının Çinə ötürülməsi və şəffaflıq tələbləri ilə bağlı qaydaları pozduğu bəyan edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button