Siyasət

Trampdan Rusiya və Ukraynaya çağırış

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın razılığa gələcəyi təqdirdə onlara böyük ticarət vədi verib.

AZERFAX.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında yazıb. Tramp Pasxa bayramı üçün müvəqqəti atəşkəs tətbiq edən Rusiya və Ukrayna arasında razılaşmanı təşviq edən paylaşım edib. O bildirib ki, Rusiya və Ukrayna razılığa gələ bilsələr bunda sonra hər iki ölkə ABŞ ilə böyük iş görəcək. Tramp Rusiya və Ukraynanın ABŞ ilə bu əməkdaşlıq sayəsində sərvət qazanacağını ifadə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskiyə gəlirli ticarətlə məşğul olmaq seçimini verən Donald Tramp bundan əvvəlki açıqlamasında tərəflərdən birinin danışıqlara mane olacağı təqdirdə müzakirələrdən imtina edə biləcəyini ifadə etmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button