Ölkə

Turan İbrahimova vəzifə verildi


Azərbaycanın aparıcı telekanallarından biri olan Baku TV-də mühüm kadr təyinatı həyata keçirilib. Tanınmış telejurnalist Turan İbrahimov kanala baş redaktor vəzifəsinə təyin olunub.

AZERFAX.AZ xəbər verir ki, 20 illik jurnalist təcrübəsinə malik olan Turan İbrahimov indiyədək ölkənin bir sıra telekanallarında müxtəlif vəzifələrdə çalışıb. Televiziya fəaliyyəti ərzində tamaşaçı rəğbəti qazanan peşəkar jurnalist bir neçə müəllif proqramı ilə geniş izləyici auditoriyasına xitab edib.


Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən Turan İbrahimov yeni təyinatadək Baku TV-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri olaraq fəaliyyət göstərirdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button