Ölkə

Türkiyə mandarin ixracından 615 milyon dollar qazanıb


Türkiyənin meyvə-tərəvəz sektorunda mandarin birinci yerdə dayanır. Qonşu ölkə bu meyvənin ixracından hər il yüz milyonlarla dollar qazanır.


AZERFAX.AZ xəbər verir ki, bu ilin oktyabrında mandarin ixracında 114 milyon dollarlıq göstərici qeydə alınıb. Noyabr ayında bu rəqəm 239 milyon dollar olub.
Ege İxracatçılar Birliklərinin kordinator müavini Hayrettin Uçak bu il 615 milyon dollarlıq mandarin ixrac etdiklərini açıqlayıb. O, 2026-cı ildə və sonrakı dövrdə mandarin ixracını 1 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.
Hayrettin Uçak deyib ki, Türkiyə ən çox Rusiyaya mandarin satır. 2025-ci ildə bu rəqəm 239 milyon dollar təşkil edib.



Mandarin satışında ikinci yeri İraq tutur. Orta Asiyadakı türk respublikaları da Türkiyədən ən çox mandarin alan ölkələr sırasındadır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button