Türkiyə MN Azərbaycanı təbrik etdi

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında paylaşım edib.
“5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.
Türkiyə və Azərbaycan əbədi olaraq “Bir millət, iki dövlət” prinsipi ilə bir və bərabər olmağa davam edəcək!”
Nazirlik başqa bir paylaşımda isə Türkiyə komandolarının Bakı küçələrini cəsarət və qardaşlıq sədaları ilə dolduracaqlarını, azərbaycanlı qardaşlarını qürurla salamlayacaqlarını bildirib:
“Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri isə Ay-Ulduzun qüdrətini Bakı səmasında əks etdirərək əbədi qardaşlığımızı dünyaya bəyan edəcək”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



