Ölkə

Türkiyə universitetlərində təhsil 3 il olacaq


Türkiyə universitetlərində təhsil müddəti azaldılacaq.

AZERFAX.AZ xəbər verir ki, bu açıqlama ilə Türkiyə Yüksəköyrətim Qurumu başqanı, professor Erol Özvar çıxış edib. Özvar dörd illik təhsilin üç ilə endirilməsinin gənc kadrların önünü açacağını söyləyib.


Qurum başqanı hazırda bu istiqamətdə çalışmaların davam etdiyini bildirib. Onun sözlərinə görə, 2028-ci ildən etibarən Türkiyədə ali təhsilin müddəti 3 il ola bilər.

Erol Özvar deyib ki, tələbələr yenə 8 semestr təhsil alacaqlar, amma hər dərs ilinə indi olduğu kimi 2 deyil, 3 semestr sıxışdırılacaq.

“Tələbələrimiz indi daha çox oxumalı olacaqlar. Elm fədakarlıq tələb edir”, – Türkiyə Yüksəköyrətim Qurumu başqanı belə deyib.

Professor bu yeniliyin türkiyəli gənclərin karyera qurmasında önəmli rol oynayacağını qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button