Ölkə

Türkiyədə ballistik raket xəbərdarlığı edildi


Türkiyədəki İncirlik aviabazasında ballistik raket xəbərdarlığı edilib.

AZERFAX.AZ xəbər verir ki, Adanada İncirlik hərbi bazasında amerikalı əsgərlərin telefonlarına ballistik raket xəbərdarlığı göndərilib. ABŞ mətbuatının məlumatına görə, rəsmilər xəbərdarlığın səhvən verildiyini və heç bir raket təhlükəsinin olmadığını açıqlayıb. Bildirilir ki, ABŞ mətbuatının dərc etdiyi xəbərdən sonra Adanadakı İncirlik hərbi bazasında araşdırmalara başlanılıb.


Qeyd edək ki, İsrailin İrana hücumlarından sonra gərginliyin artdığı Yaxın Şərqdəki bir çox hərbi bölgələrdə xəbərdarlıq səviyyəsi artırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button