Ölkə

“Üç dəfə ölüb-dirilmisəm” – Şənər Şən


Türkiyənin məşhur aktyoru Şənər Şən haqqında yayılan ölüm xəbərlərinə münasibət bildirib. Usta sənətçi səhhətinin qaydasında olduğunu və özünü çox yaxşı hiss etdiyini deyib.

AZERFAX.AZ xəbər verir ki, 84 yaşlı aktyor sağlıq durumuna dair xəbərlərə əhəmiyyət vermədiyini vurğulayıb: “Bundan əvvəl də məni iki dəfə öldürüblər. Belə çıxır ki, üç dəfə ölüb-dirilmişəm”.


Aktyor jurnalistlərin “Son illər çəkilən türk seriallarını bəyənirsiniz?” sualına cavab verməkdən yayınıb. O, obyektiv qiymətləndirmə aparmaq üçün bütün serialları izləməli olduğunu qeyd edib: “Mənim bunu etməyə vaxtım yoxdur”.

Şənər Şən deyib ki, yaxşı ekran əsəri yaratmaq üçün maraqlı ssenari olmalıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button