Ukrayna ordusu 1,7 milyondan çox itki verib

Rusiyalı hakerlər Ukrayna Baş Qərargahının ukraynalı hərbçilər barədə məlumatların yer aldığı məlumat bazasına kiber hücum təşkil ediblər.
AZERFAX.AZ xəbər verir ki, ələ keçirilən məlumatlar arasında Ukrayna ordusunun itkiləri barədə məlumatların da yer aldığı iddia edilir. “Mash Telegram” kanalının iddiasına görə, məlumatlarda xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna ordusunun 1,7 milyondan çox əsgəri həlak olub və ya itkin düşüb. Rusiyalı hakerlər ölən Ukrayna əsgərlərinin fotolarını, pasportlarını, hərbi biletlərini, ölüm şəhadətnamələrini və şəxsiyyət etiketlərini də paylaşıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski 45100 əsgər itirdiklərini və təxminən 390000 əsgərin yaralandığını iddia etmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.