Ölkə

Ulduz futbolçu “Qalatasaray”a mesaj göndərdi


“Qalatasaray” “İnter”in futbolçusu Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib.


AZERFAX.AZ xəbər verir ki, futbolçu “Qalatasaray” formasını geyinmək istədiyi barədə Türkiyə nəhənginin rəhbərliyinə mesaj göndərib. O, transferin reallaşması üçün əlindən gələni edəcəyini ifadə edib. Bildirilir ki, transfer reallaşarsa yeni transfer pəncərəsinə qədər futbolçu Çempionlar Liqasının siyahısında yer almayacaq. İddialara görə, Çalhanoğlu buna razılıq verib.

Türkiyənin “Sabah” qəzetinin xəbərinə görə, futbolçunun istəyindən sonra “Qalatasaray” “İnter”lə danışıqlar aparıb. “Qalatasaray” Hakan Çalhanoğlunun transferini təxirə salmaq əvəzinə, transfer pəncərəsi yekunlaşana qədər tamamlamaq istəyir. “Qalatasaray”ın “İnter”ə futbolçu üçün 15-20 milyon avro təklif etdiyi bildirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button