Ölkə
“Uşaq Avroviziyası 2025”in qalibi bəlli oldu

Gürcüstanda təşkil olunan “Uşaq Avroviziyası 2025” beynəlxalq mahnı müsabiqəsində Fransa qalib adını qazanıb.
AZERFAX.AZ xəbər verir ki, builki yarışmada ümumilikdə 18 ölkə mübarizə aparıb. Səhnəyə Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukraynanın gənc təmsilçiləri çıxıb.
Azərbaycan adından müsabiqədə Yağmur Nəsrullayeva iştirak edib. O, “Miau Miau” adlı ifası ilə 15-ci pillədə yer alıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



