Varlılara vergi tətbiq edilməsi təklif edildi

İsveçrədə varlılara yüksək vergi tətbiq etmək üçün referendum keçirilməsi təklif edilib.
AZERFAX.AZ xəbər verir ki, Gənc Sosialistlər varlılara yüksək dərəcəli sərvət vergisi tətbiq etmək təklifini irəli sürüb. Təklif 50 milyon İsveçrə frankı və ya daha çox mirasa 50% vergi tətbiq etməyi nəzərdə tutub. Lakin təklif seçicilərin 80%-dən çoxu tərəfindən rədd edilib.
Qeyd edək ki, Gənc Sosialistlər təklifi “Varlılara vergi verin, iqlimi qoruyun” şüarı ilə təbliğ edib. Onlar əldə edilən gəlirin binaların təmiri, bərpa olunan enerji investisiyaları və ictimai nəqliyyatın təkmilləşdirilməsi kimi layihələrin maliyyələşdirilməsinə yönəldilməsini təklif edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



