Ölkə

Vilayət Eyvazov sıra baxışı keçirdi


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də və noyabrın 1-də Kürdəmir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.


Bildirilib ki, rayon polis şöbəsinin inzibati binasında Kürdəmir, Ucar, Hacıqabul, Göyçay, Ağdaş, Ağsu, Şirvan və digər bölgələrdən gələn 315 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə DİN-in aidiyyəti baş idarə və idarə rəislərinə ciddi tapşırıqlar verib.

Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.

V.Eyvazov səfər çərçivəsində polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Vətən müharibəsinin 14 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 163 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button