“WhatsApp” iş sahibi olanlar üçün yenilik etdi

“WhatsApp” sənədlərin skan edilməsi və PDF-ə çevrilməsi funksiyaları üzərində işləyir.
AZERFAX.AZ xəbər verir ki, yenilik “WhatsApp”ın beta versiyasında Android istifadəçiləri üçün istifadəyə verilib. Yeni funksiya ilə fiziki sənədlər skan edilib PDF formatına çevrilə və çatlar vasitəsilə göndərilə bilər. Bildirilir ki, “WhatsApp”ın sənəd skan etmə funksiyası iki fərqli rejimdə təqdim olunur. Əl rejimində istifadəçilər sənədi yerləşdirə və işıq parametrlərini özləri düzəldə bilərlər. Avtomatik rejim isə sənədi aşkarlayır və skanı avtomatik tamamlayır.
Skanlama prosesi başa çatdıqdan sonra sənəd avtomatik olaraq PDF-ə çevrilir. Üstəlik, bütün bu proseslər cihaz daxilində baş verdiyi üçün məlumatlar xaricə ötürülmədən qorunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.