Texnologiya

“WhatsApp”da mesajlara yeni düymə gəldi

“WhatsApp” mesajlarla bağlı yenilik üzərində işləyir.

AZERFAX.AZ xəbər verir ki, “WhatsApp” söhbət və qruplardakı mesajları ümumiləşdirən süni intellekt dəstəkli funksiyanı təqdim edib. Yenilik “WhatsApp”ın Android üçün beta versiyasında müşahidə edilib. Bu funksiya istifadəçilərə söhbətlərdə və qrup söhbətlərində oxunmamış mesajları ümumiləşdirməyə və oxumağa imkan verir. Mesaj xülasələri Meta AI tərəfindən yaradılıb. Bildirilir ki, yeni funskiya istifadəçiyə məxfilik və ya təhlükəsizliyə xələl gətirmədən dəstək verir və şəxsi mesajlar tamamilə gizli saxlanılır və qorunur. İstifadəçilər bu funksiyanı tətbiq parametrlərindəki “Şəxsi emal” adlı bölmədən aktivləşdirə bilərlər. Aktivləşdirmə nəticəsində istifadəçilər müəyyən sayda yeni gələn mesajlar aldıqları təqdirdə mesajları ümumiləşdirəcək xüsusi düymə ilə üzləşirlər.
Xülasə əldə etmək üçün istifadəçilər “XX oxunmamış mesaj” yazan düyməyə toxunmalıdırlar. Düyməyə toxunduqda “Şəxsi emal” sisteminə sorğu göndərilir və bu sistem ümumi cavab yaradır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button