“Xərçəng saçlarımı tökdü, parik taxıram”

Türkiyəli popstar Ajda Pekkanın müğənni bacısı Semiramis Pekkanın ağciyərində şiş aşkarlanıb.
AZERFAX.AZ xəbər verir ki, tanınmış sənətçi müalicə prosesini və təcrübələrini pərəstişkarları ilə bölüşüb.
Müalicənin əks-təsirlərindən danışan Pekkan, “Pis heç nə yoxdur, pis heç bir şey olmayacaq. Çünki mən bir dəfə qərar vermişəm. Sağalmaq üçün müalicə olunuram, amma sonda sizə zəhər yeridirlər. Zəhərin başqa bədbəxtliklərə səbəb ola biləcəyindən narahatdırlar. İsrarla müalicəyə davam edirəm”, – deyib.
Müalicə zamanı saçlarının töküldüyünü vurğulan Pekkan parik taxmağa başladığını açıqlayıb: “Bu müalicəni alan insanların saçları tökülür. Mən də saçlarımı itirmişəm. Özüm üçün dörd parik tikdirmişəm. Çox rahatdır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



