Ölkə
Xəzərin sahilində qanunsuz qum-çınqıl daşıyanlar saxlanılıb

Polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZERFAX.AZ-a bildirilib ki, keçirilən növbəti tədbirlərlə Xəzər dənizinin kənarından qeyri-qanuni qum-çınqıl daşınmasını həyata keçirən 34 yaşlı M.Hüseynov, “Hovo” markalı markalı yük avtomobilinin sürücüsü 41 yaşlı Z.Vəlizadə, “Shacman” markalı yük avtomobillərinin sürücüləri 26 yaşlı M.Məmmədov və 42 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıblar
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



