Ölkə

Xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmadı


Sentyabr ayı üzrə təhsil haqqında sənədə dair 751 müraciətçinin 643-ü barədə müsbət qərar verilərək, onlara müvafiq şəhadətnamələr təqdim edilib, 108 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.


Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 58 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 28 əhəmiyyətli fərq (kredit sayı), 9 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 təhsilalma forması, 2 autentik (həqiqi) olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq ixtisası (qiyabi təhsilalma formasında), 1 tibb bacısı (qardaşı) işi (qiyabi təhsilalma formasında) ixtisasını göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyədən 292, Rusiyadan 176, Ukraynadan 123, Gürcüstandan 36, Belarusdan 23, Birləşmiş Krallıqdan 23, ABŞ-dən 10, İtaliya, Latviya və Macarıstanın hər birindən 6, Çex, Litva və Polşanın hər birindən 5, Almaniya və Çinin hər birindən 4, Belçika və Niderland krallıqları, İsveçrə Konfederasiyası və Koreya Respublikasının hər birindən 3, İspaniya Krallığı, Fransa, Qambiya və Qazaxıstanın hər birindən 2, Pakistan, Avstriya, Estoniya, Qırğızıstan, Kanada, Malayziya, Yaponiya və Səudiyyə Ərəbistanı Krallığının hər birindən 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 103, iqtisadiyyat üzrə 47, maliyyə üzrə 46, tibb və səhiyyə ixtisasları üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciət qeydə alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button