Ölkə

Yağıntılı və küləkli hava şəraiti davam edir


Mayın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Balakəndə 36, Zaqatalada 34, Qaxda 24, Yardımlı və Şəkidə 18, Tovuzda 13, Lerikdə 12, Cəlilabadda 11, Lənkəran, Ağstafa, Oğuz, Qəbələ, Şahbuz, Neftçala, Biləsuvar, İsmayıllı, Gədəbəy, Şərur, Xaltan, Şəmkir, Biləsuvar, Sədərək, Daşkəsən, Ordubad, Altıağac, Ceyrançöl, Şamaxı, Astara, Quba, Qobustan, Culfa, Naxçıvan, Sabirabad, Kürdəmir, Şabran, Qusar, Naftalan, Gəncə, Göygöl, Xaçmaz, Xaltan, Qrız, Şahdağ, Tərtər, Yevlax, Göyçay, İmişli, Şirvan, Ağdam, Cocuqmərcanlı, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Füzulidə 1-8 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağ, Yardımlı və Gəncədə 20, Goranboyda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-yə çatır.

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qrız və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 10, Aran rayonlarında 13, dağlıq rayonlarda isə 5 dərəcəyədək isti qeydə alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button