Ölkə

Yasda ehsan verənlər cərimələnə bilər?


Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağan
edilib. Hətta bəzi bölgələrdə bu hal aşkarlanırsa, vətəndaşlar cərimələnir.
Maraqlıdır, vətəndaşlar hansı maddə üzrə cərimələnəcək? Bununla bağlı
qanunvericilik nə deyir?

Vəkil Vamiq Şükürov AZERFAX.AZ-a açıqlamasında bildirib ki, hazırda
Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən İnzibati Xətalar
Məcəlləsində, Cinayət Məcəlləsində və ya yerli icra hakimiyyətləri haqqında
qanunvericilikdə yas mərasimində ehsan verilməsinə görə cərimə nəzərdə
tutulmur.



V.Şükürov qeyd edib ki, belə bir xətanın (ehsan verdiyinə görə fiziki
şəxsin, ailənin, yaxud sahibkarın cərimələnməsi) hüquqi əsası yoxdur.

Sevinc İbrahimzadə / AZERFAX.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button