Yeni Roma Papası ilk ayini keçirdi

Yeni seçilmiş Roma Papası XIV Leo Sikstin kapellasında papalığının ilk ayini keçirib.
AZERFAX.AZ xəbər verir ki, ayin canlı yayımlanıb.
İbadət bir neçə dildə, o cümlədən kardinal Robert Frensis Prevostun Papa olmamışdan əvvəl 11 ilini keçirdiyi Peruda dövlət dili olan ispan dilində keçirilib. Yeni Papa Müqəddəs Petronun birinci məktubunun ispan dilində oxuyub.
Pontifik ilk kütləvi məclisində qeyri-adi seçim edib: Sikstin kapellasında arxası kardinallara tərəf olacaq, ənənəvi altar (qurbangah) əvəzinə, o, birbaşa onlara baxan başqa bir altar quraşdırmaq qərarına gəlib.
XIV Leo öz xütbəsinə doğma ingilis dilində başlayıb və kardinallar yığıncağını Rəbbin yaratdığı möcüzələri tanımağa çağırıb.
Xütbə daha sonra italyan dilində davam edib və Papa Katolik Kilsəsinin sadiq idarəçisi olacağına söz verib.
“Allah sizin seçməyinizlə məni xüsusi bir şəkildə Həvarilər Şahzadəsinin varisi olmağa çağırdı və bu xəzinəni mənə əmanət etdi”, – o deyib.
O, Katolik Kilsəsinin dünyanın ən ucqar bölgələrində belə missionerlik fəaliyyətini davam etdirməli olduğunu söyləyib və bir növ, sələfi Papa Fransiskin prioritetlərini təkrarlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.