Ölkə

YPG Hasekeni hökumətə təhvil verdi

Suriya Daxili İşlər Nazirliyinə məxsus karvan Haseke şəhərinin mərkəzi ərazilərinə daxil olub.

AZERFAX.AZ xəbər verir ki, bu, Suriya hökuməti ilə YPG terror təşkilatı arasında imzalanan müqaviləyə əsasən reallaşıb. Məlumata görə, razılaşmanın həyata keçirilməsi üçün addımlar atılmağa başlayıb. Suriya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Hasekedə təhlükəsizlik vəzifələri müəyyən edilmiş planlara uyğun olaraq yerinə yetirilməli, qanun və qaydalara tam riayət edilməli, bütün prosedurlar intizamlı şəkildə həyata keçirilməli, ictimai təhlükəsizlik və asayiş qorunmalıdır.

Qeyd edək ki, Suriya hökuməti ilə YPG terror təşkilatı arasında əldə edilən razılaşmaya əsasən, təşkilatın işğalı altında olan Haseke şəhəri və Qamışlı rayonundakı təhlükəsizlik və dövlət qurumları Suriya hökumətinə təhvil veriləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button