“Bitcoin”in qiyməti enməkdə davam edir

Kriptovalyuta bazarında eniş trendi davam edir. AZERFAX.az xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) sutka ərzində 1.30% ucuzlaşaraq 66,330 dollar səviyyəsinə enib. “Ethereum”un (ETH) dəyəri isə 1.11% azalaraq 1,947 dollar olub.
Stabilkoinlərdə ciddi dəyişiklik müşahidə olunmayıb və Tether (USDT) 0.9991 dollar, USDC isə 0.9998 dollar səviyyəsində qalıb.
Altcoin bazarında da əsasən eniş üstünlük təşkil edib və XRP sutka ərzində 1.42% azalaraq 1.35 dollar səviyyəsinə düşüb. BNB 1.42%, Solana (SOL) 2.64% ucuzlaşıb.
TRON (TRX) sutka ərzində 0.22%, Dogecoin (DOGE) isə 0.47% bahalaşıb.
Ümumilikdə, kriptovalyuta bazarının toplam kapitallaşması 2.27 trilyon dollara enib ki, bu da sutkalıq 1.09% azalma deməkdir. Bazarda risk iştahasının zəifləməsi və investorların qısamüddətli mənfəət götürməsi fonunda aparıcı kriptovalyutalarda satış təzyiqinin artması bu dinamikanın əsas səbəblərindən biri hesab olunur.



