İqtisadiyyat

Albaniyada SOCAR-ın Korçanın qazlaşdırma layihəsinin təqdimatı olub

Bu gün Azərbaycan sərmayələrinin dəstəyi ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilən “Nur” layihəsinin – Albaniyanın Korça şəhərinin qazlaşdırılmasının ictimai təqdimatı olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində məlumat verib.

Paylaşımda qeyd edilir ki, təqdimat Albaniyanın Baş naziri Edi Rama və Baş nazirin müavini, infrastruktur və energetika naziri Belinda Ballukunun iştirakı ilə baş tutub.

“Albaniyanın qaz infrastrukturunun inkişafında ilk addım olan bu layihə təkcə ölkənin enerji təchizatının şaxələndirilməsi və iqlim gündəmini dəstəkləmək üçün deyil, həm də Azərbaycanın qaz tədarük coğrafiyasını genişləndirməsi baxımından əhəmiyyətlidir”, – nazir vurğulayıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi, “Albgaz” və SOCAR şirkətləri arasında Korça şəhərində qaz infrastrukturunun inkişafına yönəlmiş əməkdaşlıq memorandumu imzalanıb. Qaz infrastrukturunun tikintisinə 2025-ci ildə başlanacaq və onun 2027-ci ildə başa çatdırılması planlaşdırılır. (AZERFAX.AZ)

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button