Azərbaycanın Türkiyəyə birbaşa investisiyaları artıb

AZERFAX.AZ AZERFAX.AZ-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,9 % çoxdur.
Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 10,8 %-dən 13,1 %-ə çatıb.
6 ay ərzində Türkiyə isə Azərbaycan iqtisadiyyatına 628,7 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 1 % çoxdur.
Hesabat dövründə Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 20,9 %-dən 19,5 %-ə düşüb.
Qeyd edək ki, yanvar-iyun aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349,8 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 3 milyard 222,5 milyon ABŞ dolları (8,2 %çox) təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.